Qadın müəllimlərin azyaşlı şagirdlərinə qarşı təcavüz etməsi barədə xəbərlərə bu gün mətbuatda tez-tez rast gəlirik. Təəssüflər olsun ki, bu seks qalmaqalları, bununla bağlı xəbərlər artıq adiləşib. Lakin cəmiyyətin belə hallara qarşı mübarizəni gücləndirməsi lazımdır. Düzdür, haqqında danışacağımız “pedaqoqlar” ABŞ vətəndaşlarıdır və hadisələr də əsasən ABŞ-da cərəyan edib. Hər bir “müəllimə”də artıq dəmir barmaqlıqlar arxasındadır. Lakin buna qarşı insan cəmiyyət olaraq qlobal mübarizə aparmalıyıq.

İstiPress “lifestylepassion”a istinadən həmin “pedaqoq”ların bəzilərini sizə təqdim edir:

Debra Lafeve

ABŞ-ın Florida ştatında ingilis dili müəllimi olan Debra 14 yaşlı şagirdi ilə cinsi əlaqədə olduğu üçün saxlanıb. Şagirdin valideyni isə oğlunun təhlükəli yaşda olduğunu və onun psixoloji əhvalının korlanacağından qorxaraq övladını məhkəmədən uzaq tutur. Və bu üzdən məhkəmə baş tutmur. Hazırda Lafeve evlidir və əkiz övladları var.

Debra Lafeve
Debra Lafeve
 
 

Pamela Rocers Turner

13 yaşlı oğlan şagirdilə mütəmadi cinsi münasibətdə olan müəllimə 2005-ci ilin fevral ayında məhkəməyə gətirilir. Bu əməlinə görə 9 ay həbsxanada yatır. Amma əməlindən peşman olmayan Pamela həbsdən çıxan kimi – 2006-cı ildə yenidən şagirdi ilə yatmağa davam edir. Bu dəfə isə Pamela yaşadığı yasaq eşqi ucbatından 7 il həbsə məhkum edilir. Həbsxanadan çıxdıqdan sonra bu eşqi davam etdirib-etdirməməsi ilə bağlı məlumat yoxdur.

Pamela Rocers Turner
Pamela Rocers Turner
 

Aleksandriya Vera.

ABŞ-ın Texas ştatında Houstan şəhərinin orta məktəblərinin birində adı açıqlanmayan müəllimə 13 yaşlı şagirdini dəfələrlə zorlayıb. Vera ilkin dindirmələrdə 8-ci sinif şagirdi ilə ilk münasibətinə yay tətilində başladığını etiraf edib. O gündən etibarən müəllim və yeniyetmə şagird arasında hər gün seksual yaxınlıq olub. Müəllim özünü bir müddət hər kəsə 13 yaşlı şagirdin qız dostu kimi təqdim edib. Lakin hüquq mühafizə orqanlarının qarşısına çıxdıqda yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual hərəkətlər ittihamından boyun qaçıra bilməyib.

Aleksandriya Vera
Aleksandriya Vera
 
 
 

Elisson Marçis.

ABŞ-ın Madison liseyində dərs deyən 39 yaşlı bu ingilis dili müəlliməsi 2 azyaşlı oğlan şagirdi ilə qurduğu seksual münasibətə görə 3 il həbs cəzasına məhkum edilib. 2014-cü ilin dekabr ayı ərzində müəllimə 14 və 16 yaşlı iki şagirdinə seksual məzmunlu mesajlar və çılpaq fotolarını yollayıb. İş bunula yekunlaşmayıb; Elisson şagirdlərindən biri ilə sinifdə heç kəs olmadıqda bir neçə dəfə cinsi əlaqədə olub.

Elisson Marçis
Elisson Marçis
 
 

Lindsey Massaro

26 yaşlı müəllimə 8-ci sinif şagirdlərinə dərs deyirdi. 15 yaşlı oğlan şagirdilə əvvəlcə şəxsi avtomobilində, daha sonra evində seksual yaxınlıq edib. Lakin bu əlaqə qarşılıqlı istək üzərində qurulduğu üçün müəllimə məhkəmədən azadlığa buraxılıb. Ancaq müəllimənin bir daha belə iş tutmayacağına əmin olmaq üçün hazırda Lindsey mühafizə orqanlarının nəzarəti altında fəaliyyət göstərir.

Lindsey Massaro
Lindsey Massaro
 
 

Sara Cons

Uğurlu kariyeraya sahib olmayan 27 yaşlı bu müəllimə ABŞ-ın Ohayo ştatında dərs deyirdi. Uğursuz fəaliyyəti azmış kimi 17 yaşlı bir oğlan şagirdi ilə cinsi əlaqədə oldu. Hətta bu əlaqə bir dəfə deyil, bir neçə dəfə, həm də fantastik arzularla, çılğın şəkildə edildi. Müəllimə şagirdi ilə porno filmə çəkilirmiş kimi ağlasığmaz bir seks həyatı yaşadı. Bu əməlinə görə məhkəməyə verilən Saranın həm bəxti gətirir, həm də ağlı işləyir. Belə ki həmin ərəfədə “eşqbazlıq” etdiyi şagirdinin 18 yaşı tamam olur və müəllimə məhkəmədə işinə baxıldığı ərəfədə ərindən boşanaraq, şagirdi ilə evlənir. Beləcə məsələ də həll olunur.

Sara Cons
Sara Cons
 

Hop Cekobi

Bu müəllimənin yay tətilinə bir gün qalmış azyaşlı şagirdi ilə cinsi əlaqədə olduğu iddia edilmişdi. Şagirdin mobil telefonundan Hop Cekobinin çılpaq fotosu tapıldığı üçün iddia təsdiqini tapır. Və müəllimə məhkəməyə verilir.

Hop Cekobi
Hop Cekobi
 

Liza Qliyd

Bu müəllimə 1 il həbsdə yatıb və 5 il nəzarət altında saxlanması şərtilə azadlığa buraxılıb.
Təqsiri 17 yaşlı oğlan şagirdilə 2 dəfə cinsi əlaqədə olmasıdır. Qlaydın azyaşlı “sevgili”si dəfələrlə cinsi əlaqənin özü tərəfindən başlandığını desə də, bu etiraf müəllimini cəzadan uzaqlaşdırmadı.

Liza Qliyd
Liza Qliyd
 

 İdor Doiydrol

Yay düşərgəsində istirahət zamanı ehtirasına qalib gələ bilmir və 13 yaşlı oğlan şagirdinə yaxınlaşır. Uşağın ailəsinin xəbəri olmadan onu dəfələrlə istədiyi yerlərə aparır, ona seksual mətnli mesajlar yazır. Və nəticədə müəllimə həbsə məhkum edilir.

İdor Doiydrol
İdor Doiydrol
 

Steyc Şöler

Bu müəllimənin qalmaqalı digər “həmkar”larından daha böyükdür. Məsləyini cinsi istəkləri üzərində quran müəllim nə az, nə çox 5 şagirdi ilə cinsi əlaqədə olub. Bədən tərbiyyəsi müəllimi olan Steycin əksər qurbanları yeniyetmə futbolçular idi. Qurduğu futbol komandasının demək olar ki, yarısı ilə yatıb. Müəllimənin məhkəmədə verdiyi ifadədə də qeyri-adidir: “Mən o futbolçuların fanatı idim. Fanatlığım o dərəcə idi ki, onlara hər şeyimi vermək istəyirdim”. Lakin nə qədər qəribə açıqlama versə də, bu onu məsuliyyətdən uzaqlaşdırmır, Steyc Şöler 4 il azadlıqdan məhkum edilir.

Steyc Şöler
Steyc Şöler
 
 
 

Baxış sayı: 3124 | Tarix: 01.05.2017
Bizi Telegramda izləyin: @repostaz