Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.
 
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 1.19% artaraq 4 392.60 ABŞ dollarına bərabər olub.
 
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 3.98% artaraq 73.41 ABŞ dolları olub.

Baxış sayı: 293 | Tarix: 02.01.2026
Bizi Telegramda izləyin: @repostaz