2016-cı ilin yanvar-fevral aylarında Neft Fondu və Mərkəzi Bank birlikdə hərrac vasitəsilə 2 milyarddan 39 milyon çox dollar satıb.


RePost.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev bildirib.

Ekspertin sözlərinə görə, 2017-ci ilin analoji dövründə valyuta bazarına bir qədər çox - təxminən 2 milyard 80 milyon dollar yönəldilib.

Bunun 793,4 milyon dolları hərrac vasitəsilə satılıb, qalanı isə (2279 milyon manat) makroiqtisadi sabitlik üçün Mərkəzi Bankda köçürülüb. Mərkəzi Banka köçürülən vəsaitin təxminən 300 milyon dollardan çoxu hissəsi onun valyuta ehtiyatlarına yönəldilib. Buna baxmayaraq təxminən 1,8 milyard dollar valyuta bazarında sabitliyin qorunmasına xərclənib. Üstəlik bir sıra sərt inzibati tədbir - pul kütləsinin sıxlaşdırılması, dövlət xətti ilə idxalın məhdudlaşdırılması, nağd əməliyyatların məhdudlaşdırılması, kapital axının minimuma endirilməsi tədbirləri manata dəstək verib.

Bu qədər məhdudlaşdırıcı tədbirlərin fonunda bazara yönəldilən dollar kütləsinin həcmində ötən illə müqayisədə ciddi azalma baş verməyib. Daxili tələb və xarici öhdəliklər dollara tələbatı azalmasına imkan verir. Hazırda valyuta bazarının yeganə donoru Neft Fondudur. Alternativ mənbələr isə yox dərəcəsindədir. Deməli, möcvud məhdudlaşdırmalar aradan qaldırılsa, bunların bir hissəsinin qaldırlması labüddür, dollara tələbat yenidən artacaq.


Baxış sayı: 2611 | Tarix: 02.05.2017
Bizi Telegramda izləyin: @repostaz