Türkiyənin Dənizli əyalətində dəhşətli hadisə baş verib. 

RePost.Az xəbər verir ki, İbtidai sinif şagirdi 10 yaşlı Əlif Nur Sezər və 26 yaşlı bibisi Ulduz Sezər gecə saatlarında yatdıqları evdə naməlum kişilər tərəfindən hücuma məruz qalıblar.

Məlumata görə, evə daxil olan iki nəfər naməlum şəxs onların üstünə asit turşusu töküb. Yatdıqları yerdən ağrı içində oyanan 26 yaşlı Ulduz və 10 yaşlı Elif  təcili xəstəxanaya yerləşdiriliblər.

Uşağın və bibisinin üzündə ciddi yanıqlar var.

Hadisə ilə bağlı araşdırma aparılır. Polis hadisəni törədənlərin kimliyini araşdırır.


Baxış sayı: 3067 | Tarix: 10.05.2017
Bizi Telegramda izləyin: @repostaz