Bakıda Sədərək Ticarət Mərkəzində üzərində “Kürdüstan”ın xəritəsi və PKK terror təşkilatının bayrağı əks olunan maykalar satılır.
 
RePost.Az Avropa.info-ya istinadən xəbər verir ki, etiketlərində Türkiyədə istehsal olunduğu qeyd edilən maykalar hərbi geyim formasında tikilib. Ehtimal olunur ki, bu maykalar ya Türkiyədə kustar üsullarla istehsal olunub, ya da başqa bir yerdə tikilərək üstünə Türkiyə etiketləri vurulub. Bu maykaların hansı yolla Azərbaycana gətirildiyi bilinmir. Ancaq onu deyə bilərik ki, həmin geyimlər heç bir məhdudiyyət olmadan açıq şəkildə satılır.
 
“Böyük Kürdüstan” yazılan bu geyimlərin üzərindəki xəritədə Türkiyə, İraq, Suriya və İranın bir hissəsinə iddia edilir. Qeyd edək ki, bu həmin maykaların Azərbaycanda satışa çıxarılması qorxulu tendensiyadan xəbər verir.
 
Bu cür geyimlərin satılması siyasi və etnik təbliğat üçün nəzərdə tutulur.
 
Qeyd edək ki, PKK terror təşkilatının “Kürdüstan” xülyasında təkcə Türkiyəyə deyil, Azərbaycana da ərazi iddiaları əsas yer tutur. Hesab edirik ki, bu cür geyimlərin ölkəyə gətirilməsi və satışının təşkilini hüquq-mühafizə orqanları araşdırmalıdır.
 
RePost.Az

Baxış sayı: 3637 | Tarix: 05.06.2017
Bizi Telegramda izləyin: @repostaz