Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında yanğın olub. 


RePost.Az xəbər verir ki, hadisə Şərifzadə küçəsində yerləşən məcburi köçkün yataqxanasında qeydə alınıb. Əldə etdiyimiz məlumata görə bir blok tamamilə yanıb.

Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğının tamamilə söndürülməsi istiqamətində iş aparılır. 

Əldə etdiyimiz məlumata görə, yanğına səbəb işıq xətləri olub. Yaralılar var, bir qadın tüstüdən zəhərləndiyi üçün vəziyyəti ağırlaşıb. 

Hadisə yerinə artıq rəsmi şəxslər gəlməyə başlayıb. Əməkdaşımızın verdiyi məlumata görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev artıq olay yerindədir.  

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğınla bağlı məlumat açıqlayıb.
 
RePost.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Yasamal rayonunda 5 mərtəbəli yataqxana binasında ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 282 m2 olan mənzillər 101 m2 sahədə yanıb.
 
Yanğın zamanı 33 nəfər sakin təxliyə olunub, 3 nəfər xilas edilib. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
RePost.Az
 
 

Baxış sayı: 2402 | Tarix: 07.06.2017
Bizi Telegramda izləyin: @repostaz