İyun ayının 7-də banklararası ticarətdə dollar yenidən ucuzlaşıb.
 
RePost.Az Fins.az-a istinadən xəbər verir ki, “Bloomberg” terminalında dollar 1.6860 manata qədər düşüb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,55% dəyər itirməsi deməkdir.
Qeyd edək ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.6954 manat məzənnəsi ilə yekunlaşmışdı.
 
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.
 
RePost.Az

Baxış sayı: 3086 | Tarix: 07.06.2017
Bizi Telegramda izləyin: @repostaz