Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi həyata keçirilib.

REPOST.AZ-ın femida.az-a istinadən verdiyi xəbərə görə, 39-cu polis bölməsinin rəis müavini, polis mayoru Anar Məmmədov tutduğu vəzifəsindən azad edilərək Səbail rayonu 9-cu polis bölməsinin rəis müavini vəzifəsinə təyin olunub.

Onun yerinə 9-cu polis bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışmış polis kapitanı Müşfiq Gözəlov təyinat alıb.

Xatırladaq ki, Müşfiq Gözəlov Şuşanın qətlə yetirilmiş keçmiş icra başçısı Mikayıl Gözəlovun oğludur.

REPOST.AZ


Baxış sayı: 3922 | Tarix: 27.11.2016
Bizi Telegramda izləyin: @repostaz