Külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
 
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
 
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
 
Əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.
 
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baxış sayı: 293 | Tarix: 20.11.2025
Bizi Telegramda izləyin: @repostaz