Dünən axşam saatlarında Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
 
RePost.Az apa-ya istinadən xəbər verir ki, Qara Qarayev prospekti 93 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Musayeva Nişanə Etibar qızı bacısı tərəfindən bıçaqlanıb.
 
M.Nişanə dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir.
 
Bıçaqlayan şəxsin psixi problemlərinin olduğu bildirilir.

Baxış sayı: 2516 | Tarix: 16.06.2017
Bizi Telegramda izləyin: @repostaz