Ucarda zəlzələ olub.

Bu barədə "report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 17:41:13 – də Zərdab stansiyasından 32 km şimal-qərbdə, Ucar ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.
Təkanların maqnitudası 4.4, dərinliyi 34 km olub.


Baxış sayı: 2716