Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb.

RePost.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb.
 
Kənd sakini 37 yaşlı Məmmədova Kəmalə və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb.
 
Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir.
 
Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi  ehtimal olunur. Hazırda R. Ələkbərov axtarılır.
 
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.


Baxış sayı: 3112