15 dekabr tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
 
SOCAR-dan RePost.az-a verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb: 
 
1. Zülfüqarov Güloglan - maşinist 
 
2. Zülfüqarov Azay - operator 
 
3. Qurbanov Vidadi - operator 
 
4. Həsənov Elçin - mexanik 
 
5. Hacıəliyev Həsənağa - operator 
 
6. Qafarov İlham - operator 
 
7. Əsədov Samir - operator 
 
8. Bəhrəmov Cavid - operator 
 
9. Abbasov Ramiz - maşinist 
 
10. Rüstəmov Qorxmaz - operator 
 
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunmuşdur. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və "Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir. 
 
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılmışdır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcəkdir.
 
RePost.az
 

Baxış sayı: 2459 | Tarix: 15.12.2016
Bizi Telegramda izləyin: @repostaz