Bu gün Bakıdan Mingəçevirə gedən sərnişin avtobusu Nəvai postu yaxınlığında sıradan çıxıb. 
 
Taleh Məmmədov adlı sərnişinin RePost.Az-a verdiyi məlumata görə, ərazidə 38 dərəcə isti olduğundan sərnişinlər üçün avtobusun nasazlığının aradan qaldırılmasını gözləmək o qədər də asan olmayıb. Bunu görən 99-YP-868 dövlət nömrə nişanlı avtomobili idarə edən DYP əməkdaşı öz hesabına yaxınlıqdakı mağazadan sərin su alaraq sərnişinlər arasında paylayıb. 
 
RePost.Az

Baxış sayı: 2592 | Tarix: 18.07.2017
Bizi Telegramda izləyin: @repostaz