Bakıda ağır xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

RePost.Az "Report"a istinadən bildirir ki, hadisə NZS qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Kərimov Ziyafət Müşviq oğlunun idarə etdiyi 10-TG-014 dövlət qeydiyyat nişanlı 32 saylı marşrut avtobusu avtoyuma məntəqəsindən çıxıb qaraja gedərkən sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Qəza nəticəsində döş qəfəsi əzilərək xəsarət alan 39 yaşlı sürücü 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.

Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb.

RePost.Az


Baxış sayı: 2402 | Tarix: 25.07.2017
Bizi Telegramda izləyin: @repostaz