Azərbaycanda “A-98 Super” markalı benzinin qiyməti bahalaşıb.
 
RePost.Az xəbər verir ki, “A-98 Super” benzinin qiyməti 10 qəpik bahalaşaraq 1,3 manat dəyərində qərarlaşıb.
 
Tarif Şurasından Yeniçağ-a verilən məlumata görə, “A-98 Super” benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.
 
Xatırladaq ki, Tarif Şurasının iyulun 14-də keçirilmiş iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb. İclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.
 
Qeyd edək ki, “Aİ-92” markalı benzin bahalaşdıqdan sonra OilGas.az-a açıqlama verən iqtisad elmləri namizədi, Azərbaycan İqtisadçılar Klubunun prezidenti, keçmiş millət vəkili Nazim Bəydəmirli qiymətlər arasındakı 10-15% fərqi qorumaq üçün digər markalı benzinlərində də qiymətində artım ola biləcəyini demişdi.
 
RePost.Az

Baxış sayı: 2877 | Tarix: 05.09.2017
Bizi Telegramda izləyin: @repostaz