Aİ-98 super markalı benzinin qiymətinin bahalaşması istehlak bazarında qiymətlərə təsir etməyəcək.
 
Bu barədə Trend-ə Azərbaycan Tarif (qiymət) Şurasından bildirilib.
 
“Bu marka benzinin Azərbaycanda istifadəsi minimaldır – Aİ-98 super yalnız “lüks” avtomobillərdə istifadə olunur. Bu səbəbdən onun qiymətinin artmasının istehlak bazarında qiymətlərə təsir göstərəcəyi barədə danışmaq düzgün deyil”, – Şuradan qeyd ediblər.
 
Tarif Şurasından həmçinin bildirilib ki, bu marka benzinin Azərbaycana idxal edildiyi üçün onun qiyməti dövlət tərəfindən tənzimlənmir.
 
Qeyd edək ki, ölkəyə Super Euro-98 markalı benzin, əsasən, Bolqarıstan, Rusiya, Rumıniya və Belarusdan idxal olunur.
 
Xatırladaq ki, bu gün Aİ-98 super markalı benzinin qiyməti 1,20 manatdan 1,30 manata artıb.
 
RePost.Az

Baxış sayı: 3769