"Amerika  İraqın kürd muxtariyyətində müstəqillik  referendumunu dəstəkləmir, Vaşinqton İraqın bütöv və demokratik olmasının tərəfdarıdır". 
 
RePost.Az xəbər verir ki. bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib. 
 
Nauertin sözlərinə görə, dövlət katibi Reks Tillerson, hər iki tərəfin nümayəndələri ilə danışıqlar aparıb:  "Biz dərin narahatlığımızı ifadə etdik. Biz bunu birtərəfli referendum hesab edirik. Düşünmürəm ki, DAİŞ-ə qarşı beynəlxalq birliyə üzv olan dövlətlər onu dəstəkləyib. Amerika bütöv, demokratik İraqı dəstəkləyir". Xezer Nauert həmçinin Türkiyənin İraqın ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazır olması barədə bəyanatının hədə kimi səsləndiyini bəyan edib.
 
Xatırladaq ki, Türkiyənin XİNaziri Mövlud Çavuşoğlu, Ankaranın İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra, Bağdadın müvafiq sorğusu əsasında bu ölkənin ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazır olduqlarını bildirib. Nazir qeyd edib ki, İraqdakı etnik türkmənlərə qarşı yarana biləcək təhlükə, Ankara tərəfindən hərbi əməliyyat üçün səbəb kimi qiymətləndiriləcək.   
 
İraq hökuməti də referendumu qeyri-legitim elan edir və kürd muxtariyyətindən üç gün ərzində bölgədəki hava limanları üzərində nəzarəti rəsmi Bağdada verməyəcəyi təqdirdə, regionla hava əlaqəsinə qadağa qoyacağını bəyan edib.
 
İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani isə İraqın baş naziri Heydər əl İbadini  "qapılar"ı  dialoq üçün bağlamamağa çağırıb: "Bizim Bağdadla siyasi fikir ayrılığımız ərəb qardaşlarımızla münasibətlərimizə təsir etməyəcək-deyə Bərzani vurğulayıb. Lakin onun bu sözlərinə baxmayaraq, Körfəz ölkəsi olan Qətərdən referenduma qarşı reaksiyon gəlib. Qətərin Xarici İşlər Nazirliyindən bildirilib ki, bu referendum, vəziyyətin bundan sonra daha da gərginləşməsi, habelə İraq xalqının parçalanmasına səbəb olmamalıdır. Tərəflər dərhal dialoqa başlamalı və regionda sabitlik və əmniyyətli mühitin təminatına öz töhfəsini verməlidir" - deyə, bəyanatda qeyd edilib.
 
İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti də iki gün əvvəl İraq Kürdistanında keçirilmiş müstəqillik referendumuna sərt reaksiyon verib. Öz çıxışında İraq Kürdistanının başçısı Məsud Barzanini “İsrailə bağlı olmaqda” günahlandıran Vilayəti, müstəqilliklə bağlı keçirilmiş referendumu “dəyərsiz bir hərəkət” adlandırıb. Onun bu hərəkəti bölgədə xaosa və qarma-qarışıqlığa səbəb olacaq. Məhz bu rüsvayçılığa görə də, Barzani bu referendumdan heç nə qazanmayacaq. Baxmayaraq ki, keçirilmiş referendumun da nə qədər gerçək olub-olmaması da sual altındadır. Düşünürəm ki, Barzani başqalarının fikirləşdiyindən daha tez devriləcək. İran milləti və bölgə əhalisi də Barzaninin bu hərəkəti qarşısında sakit qalmayacaq və onun bu rəftarı qarşısında dayanacaqlar. Belə olduqda isə Barzani indiki mövqeyindən geri çəkilmək məcburiyyətində qalacaq. Əks təqdirdə onun qarşısı anınacaq”-deyə Vilayəti bildirib.
 
İranın müdafiə naziri Əmir Hatəmi isə bildirib ki, İran region ölkələrinin sərhədlərinin dəyişdirilməsini qəbul etməyəcək. Ümid edirik ki, İraq Kürdistanı Muxtariyyətinin rəhbərləri, bizim hava sərhədlərimizi bağlamağımızla onlara verdiyimiz mesajın anlamını dərk edəcəklər. İraq hökuməti və xalqının DAİŞ-çilərin qalıqlarına qarşı mübarizə apardığı bir vaxtda, Kürdistanda müstəqillik referendumunun keçirilməsi, kürdlərin terrorçu DAİŞ-çilərin və onların regional və beynəlxalq himayədarlarının meydançasında oynaması deməkdir. Bu isə, İraq millətinə, bölgəyə və İraq Kürdistanının özünə böyük problemlər yaradacaq.
 
Bu arada, İran mehrin 3-də müstəqillik referendumu keçirilmiş İraqın kürd muxtariyyəti ilə sərhədlərdə əlavə raket sistemləri yerləşdirərək mühafizəni gücləndirib. "Tasnim" agentliyinin verdiyi məlumata görə, "Hatəmül Ənbiya" aviabazasının komandanı jeneral Əlirza Əlhami bildirib ki, əlavə zenit-raket sistemlərinin yerləşdirilməsi İrana qarşı istənilən "təcavüz aktı"na qətiyyətli cavab verməyi təmin edəcək. Qeyd edək ki, hazırda ölkənin qərb sərhədləri yaxınlığında hərbi təlimlər keçirilir. İran kürd muxtariyyəti ilə hava əlaqəsini də dayandırıb.
 
Kürdüstana qarşı bütün bu təzyiqlərə baxmayaraq, keçirilən referenduma münasibət bildirməyən Rusiya, Kürd neft və təbii qazının ən böyük müştərisi olub. İsrail mediasının verdiyi məlumata görə, Rosneft, Kürdistan nefti üçün Bərzani ilə 4 milyard dollarlıq saziş imzalayıb. Dövlət dəstəkli Rosneft şirkəti, Qərbi İraqla bağlı yatırım layihələrini açıqlayıb. Şirkət layihənin detalları barədə açıqlama verməsə də, son razılaşmanın ən az 1 milyard dollar dəyərində olduğunu bildirib. Bu razılaşma isə bu ilin əvvəlindən etibarən Rusiyanın Kürdüstana etdiyi üçüncü yatırım olub. 
 
Rusiyanın xarici işlər nazirliyi isə ikibaşlı bəyanat yayıb. Bəyanatda İraqın ərzi bütpvlüyü müdafiə olunsa da, kürdlərin öz müqəddəratını təyin etmə hüquqlarına hörmətlə yanaşıldığı bildirilir. Rusiya tərəfləri dialoqa çağırıb.
 
RePost.Az
 

Baxış sayı: 3086 | Tarix: 27.09.2017
Bizi Telegramda izləyin: @repostaz