ATV telekanalında islahatlar davam edir.
 
RePost.Az AzVision.az-a istinadən xəbər verir ki, ATV-nin yeni rəhbərinin qərarı ilə telekanalda yayımlanan "Bozbash Pictures" və "Bacanaqlar" serialının yayımı dayandırılıb. Məsələ ilə bağlı "Bozbash Pictures"in aktyoru İlkin Həsəni BAKU.WS-ə bildirib ki, bu barədə məlumatı yoxdur. Aktyorun sözlərinə görə, hansısa bir xəbər olsa rəsmi olaraq yayacaq.   
 
Yaxın günlərdə telekanalın strukturunda ciddi islahatların aparılacağı gözlənilir. Bundan əlavə bəzi əyləncəli verilişlərin də bağlacağı bildirilir.
 
Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.
 
Mövzu ilə bağlı AZXEBER.COM portalına danışan "Bozbash Pictures" layihəsinin rəhbəri İlkin Həsənli sözügedən xəbərdən məlumatsız olduğunu bildirib. O, iclasın keçirildiyini, amma bu barədə ona məlumat verilmədiyini bildirib. 
 
Portalımıza danışan "Bacanaqlar" serialının layihə rəhbəri Elməddin Cəfərov da kanalda keçirilən iclasda iştirak etdiyini, amma layihələrindən hansınınsa bağlanması ilə bağlı bir məlumatı olmadığını deyib:
 
"Bu xəbəri ilk sizdən eşidirəm. İclas oldu, amma bağlanma məsələsi müzakirə edilmədi. Hazırda layihələrimin hamısının yayımı davam edir". 
 
Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.
 
RePost.A

Baxış sayı: 2174 | Tarix: 27.09.2017
Bizi Telegramda izləyin: @repostaz