Bu gün saat 13:00 radələrində paytaxtda Azərbaycan Neft və Sənaye Universitetinin yaxınlığında Dövlət Yol Polisinə (DYP) məxsus 99 YP 316 dövlət nömrə nişanlı avtomobil tələbə qızı vurub.
 
RePost.Az xəbər verir ki, bu barədə Sherg.az-a hadisənin şahidi məlumat verib.
 
O bildirib ki, DYP əməkdaşı əks yolla hərəkət edərək, qoşa xətti tapdalayıb və yolu keçmək istəyən tələbəni vurub: “Tələbənin vəziyyəti ağır idi. Onu taksiyə qoyub, xəstəxanaya apardılar. DYP isə həmin taksinin arxasınca getdi”.
 
RePost.Az

Baxış sayı: 2155 | Tarix: 28.09.2017
Bizi Telegramda izləyin: @repostaz