Azərbaycanda tanınmış xanım müğənni həbs edilib.
 
RePost.Az-ın APA-ya istinadla məlumatına görə, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
 
F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
 
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.
 
Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.
 
Lakin müğənninin bacısı İlahə Fəda Yenicag.az saytına açıqlamasında məlumatı təkzib edib.
 
“Bu xəbər yalandır. Fədayə hazırda Xaçmazdadır. Anam xəbəri eşidən kimi ürəyi getdi, hazırda onun həkimə aparırıq. Anama bir şey olsa, xəbəri yayan saytı məhkəməyə verəcəyik.”
 
RePost.Az

Baxış sayı: 2155 | Tarix: 30.10.2017
Bizi Telegramda izləyin: @repostaz