Bu gün Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 6-cı turu keçirilir.
 
RePost.Az-ın məlumatına görə, bu turda Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının rəqibi Ermənistan komandası olub.
 
Ermənistan komandasına qarşı mübarizədə Levon Aronyan - Şəhriyar Məmmədyarov, Sergey Movsesyan - Teymur Rəcəbov, Qabriel Sarkisyan - Arkadi Naydiç və Qrant Melkumyan - Rauf Məmmədov cütlükləri qarşılaşıblar.
 
Levon Aronyan - Şəhriyar Məmmədyarov cütlüyündə azərbaycanlı şahmatçı qələbə qazana bilməyib. Arkadi Naydiç Qabriel Sarkisyanla xalları bölüşüb. Sergey Movsesyan-Teymur Rəcəbov, Qrant Melkumyan-Rauf Məmmədov cütlüklərində isə həmyerlilərimiz qələbə qazanıblar: 2.5 - 1.5
 
Yarış İsveçrə sistemi üzrə 9 turda keçirilir.
 
RePost.Az

Baxış sayı: 6772 | Tarix: 03.11.2017
Bizi Telegramda izləyin: @repostaz