Ötən gün Bakının Yasamal rayonunda özünü yeni tikilinin 10-cu mərtəbəsindən ataraq intihar edən Əda Zeynalova ilə bağlı yeni məlumat əldə olunub.
RePost.Az Milli.Az-a istinadən xəbər verir ki, o, Bakı Dövlət Universitetində təhsil alıb. Mərhum 2 il öncə məzun olub. Onun adı əvvəllər Nərgiz olub, sonradan dəyişərək Əda edib.
 
"Çox şən və gülərüz biri idi. Özünü öldürdüyünə qətiyyən inana bilmirik. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin məzunu olub. Magistratura təhsili alırdı. Atasını iki il əvvəl itirib. Qətiyyən canına qəsd edəcək birinə bənzəmirdi. Güclü insan idi. Atasını çox istəyirdi. Hətta atası rəhmətə gedəndə belə özünü toparlaya bilmişdi. Hər zaman həyatdan zövq almağa çalışan biri idi. Axırıncı dəfə Whatsapp-da gecə saat ikidə olub, lakin özünü səhər saatlarında öldürdüyü deyilir. Dekabrın 31-i ad günü olacaqdı. O, yaxın rəfiqəsi ilə ad günü ilə bağlı planlar qururdu".
 
RePost.Az

Baxış sayı: 5677