Şirvan şəhərində ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb.
 
RePost.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış cəsədi aşkarlanıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
 
RePost.Az

Baxış sayı: 2440 | Tarix: 11.12.2017
Bizi Telegramda izləyin: @repostaz