Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin  iki gün davam edən iclası yekunlaşıb.
 
RePost.Az-ın məlumatına görə, FED uçot dərəcəsini 1,25% səviyyəsindən 1,50%-dək artırıb.
 
Qeyd edək ki, bundan əvvəl FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.
 
RePost.Az

Baxış sayı: 2877 | Tarix: 13.12.2017
Bizi Telegramda izləyin: @repostaz