Göyçayın Çayarxı kənd ümumi məktəbinin direktoru Mübariz Şamilovun infarkt keçirərək ölümü və 9 saylı məktəbin direktoru Akif Qəribovun intihara cəhd etməsinin onlardan pul tələb edilməsi ilə bağlı deyil.

RePost.Az xəbər verir ki, bu barədə Göyçay rayon Təhsil Şöbəsindən publika.az-a məlumat verilib.

Məlumatda bildirilib ki, hər iki hadisədə səbəb başqadır:

“Çayarxı kənd orta məktəbinin direktoru Mübariz Şamilov bir il əvvəl də infartk keçirib. Bu həftənin birinci günü isə o, ürəyindəki narahatlıqla bağlı Bakıda xəstəxanaya yerləşdirilib. O, ürəyindən əməliyyat edilməli idi, lakin 52 yaşlı Mübariz Şamilov qəfildən xəstəxanada dünyasını dəyişib. Ondan pul tələb edilməsi ilə bağlı yayılanlar yalandır”.

9 saylı məktəbin direktoru Akif Qəribovun intiharı isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:

“Lakin ondan pul tələb edilməsinə görə intihar etməsi barədə yayılan xəbərlər doğru deyil”.


Baxış sayı: 2478 | Tarix: 22.12.2017
Bizi Telegramda izləyin: @repostaz