Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə çiskinli yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2-7, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 8-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. İqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
 
RePost.Az

Baxış sayı: 2250 | Tarix: 05.01.2018
Bizi Telegramda izləyin: @repostaz