Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
 
Axşam bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
 
Havanın temperaturu Abşeronda gecə 2-4, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. 
 
RePost.Az

Baxış sayı: 2421 | Tarix: 24.12.2016
Bizi Telegramda izləyin: @repostaz