Azərbaycanda dövlət qurumlarının bir sıra nəqliyyat vasitələri hərraca çıxarılıb.
 
Bu barədə RePost.Az-a Əmlak məsələləri dövlət komitəsindən məlumat verilib.
 
Hərraca çıxarılan avtomobillər arasında Daxili İşlər Nazirliyinin tabeliyində olan “BMW-320” markalı avtomobillər də var.
 
Komitənin dərc etdiyi siyahıda 2007-ci ildə istehsal edilən “BMW-320”-nin hərrac qiyməti 5200 manatdan başlayır.
 
DİN-nin tabeliyində olan və satışa çıxarılan “BMW-320” markalı avtomobillərin sayı yeddidir. Hərrac fevralın 13-də keçiriləcək.
 
 
RePost.Az

Baxış sayı: 2193 | Tarix: 15.01.2018
Bizi Telegramda izləyin: @repostaz