Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam edib.
 
FHN-dən RePost.Az-a verilən məlumata görə, axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır.
 
Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.
 
Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.
 
Əlavə məlumat veriləcək.
 
RePost.Az

Baxış sayı: 2079 | Tarix: 17.01.2018
Bizi Telegramda izləyin: @repostaz