Müğənni Manaf Ağayev "Hər şey daxil" verilişində qonaq olarkən həbsdə olan müğənni Fədayə Laçınla bağlı açıqlama verib. Onun ailəsinin kirayədə qaldığını və maddi cəhətdən əziyyət çəkdiyini bildirib.
 
RePost.Az xəbər verir ki, Fədayə Laçının vəkili Türkel Süleymanlı yenicag.az-a açıqlamasında həbsdə olan müğənninin ailəsinin maddi durumunun həqiqətən də ağır olduğunu bildirib:
 
"Bilirəm ki, Fədayə Laçının ailəsi kirayədə yaşayır. Maddi durumları çox ağırdır, hətta kommunal xərcləri belə ödəyə bilmirlər. Fədayə xanımın anasının da sağlıq durumunda problemlər var. Evdə yalnız İlahə Fəda işləyidi. O, restoranlarda şou-proqramlarda çıxış edib, ailəsinə kömək edirdi. Bacısı həbs olunandan sonra onu da restoranlardan, şadlıq evlərindən uzaqlaşdırıblar. Deyirlər ki, bizə problemli adam lazım deyil. Bu düzgün hərəkət deyil. Sonra da deyirik ki, biz "əltutan", xeyirxah xalqıq. Bu ailənin maddi durumu çox ağırdır və onlara əsaslı şəkildə kömək edən yoxdur".
 
RePost.Az

Baxış sayı: 4625 | Tarix: 18.01.2018
Bizi Telegramda izləyin: @repostaz