Ramiz Mehdiyevin ideyasına oxşar model hələ 2003-cü ildə Etibar Məmmədov tərəfindən İsa Qəmbərə təklif olunub.
RePost.Az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanə İsa Qəmbər açıqlama yayıb.
"1. 2003-cü il oktyabrda- prezident seçkilərinə 7-8 gün qalmış Etibar Məmmədov öz namizədliyini geri çəkməsi və mənim namizədliyimi dəstəkləməsi müqabilində, məndən seçiləcəyim təqdirdə a) baş nazir vəzifəsini, b) seçkidən dərhal sonra Dövlət Şurası yaradılmasını, c) onun DŞ-na sədr təyin edilməsini, d) xarici işlər nazirliyinin və bütün qüvvə strukturlarının DŞ sədrinə - yəni ona tabe etdirilməsini və s. tələb etdi. Mən ona bildirdim ki, seçiləcəyim təqdirdə onun baş nazir təyin olunmasını məqbul sayıram, digər tələblər isə məntiqə və konstitusiyaya uyğun deyil.
2. Guya mənim bütün bu təklifləri qəbul etdiyim və sonra fikrimi dəyişdiyim haqda deyilənlər həqiqəti əks etdirmir. Mən orda Etibar Məmmədova dedim ki, həddindən artıq çətin şərtlər irəli sürürsünüz, bunların qəbul edilməsi gerçək görünmür. Hər halda mən bütün bunları Müsavat Partiyasının rəhbərliyində və müttəfiqlərimlə müzakirə edəndən sonra sabah gündüz saat 13:00-a qədər cavab verəcəm. Sabahı gün gündüz saat 1-ə bir neçə dəqiqə qalmış mən Etibar Məmmədova zəng etdim və onun təkliflərinin məqbul olmadığını bildirdim. Məsələnin mahiyyəti qısaca olaraq budur", - deyə İsa Qəmbər vurğulayıb.