RePost.AZ-ın xarici KİV istinadən verdiyi məlumata görə, ABŞ-da havanı proqnoz edən iqlim mütəxəssisi Judah Koenin 17 illik apardığı araşdırmalara görə, Sibirə nə qədər çox qar yağsa, dünyaya qış o qədər tez gəlir. Yəni bu qış, Şimali Amerika, Avropa və Asiyanı qara qış gözləyir.
 
Mütəxəssis, normalda fevralda başlaması gözlənilən dondurucu hava axınının bu il dekabrda başda Şimali Amerika olmaq üzrə Avropa və Asiyada da özünü göstərəcəyini deyib.
 
Cohene görə qlobal istiləşmə Şimal Buz Dənizindəki buzları əridir. Bu ərimə nəticəsində atmosferə daha çox rütubət salınır. Bu rütubətə görə Sibirə daha çox qar yağır. Sibirin qarla örtülməsi, yer üzünə gələn günəş şüalarının göy üzünə daha çox əks olunması deməkdir.
 
RePost.AZ
 

Baxış sayı: 2250 | Tarix: 29.11.2016
Bizi Telegramda izləyin: @repostaz