Bu gün İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqası turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan və Kosovo milli komandalarının eyni qrupda mübarizə aparacağı müəyyənləşib.
 
RePost.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar püşkatmadan sonra hər iki futbol federasiyasının rəhbərliyi arasında görüş keçirilib və fevralın 2-nə planlaşdırılan yoldaşlıq görüşünün keçirilməməsi barədə qarşılıqlı razılıq əldə olunub.
 
RePost.Az

Baxış sayı: 3181 | Tarix: 24.01.2018
Bizi Telegramda izləyin: @repostaz