Bakıda daha bir avtobus sərnişinlərin həyatını təhlükəyə atıb.
 
RePost.Az-ın məlumatına hadisə dünən axşam saat 17:50 radələrində Sabunçu rayonunun Yavər Əliyev küçəsində baş verib. Belə ki, əvvəlcə 55 saylı marşrut xətti ilə hərəkət edən avtobus onu ötməyə çalışan minik avtomobil üçün təhlükə törədib. Amma məlum olub ki, həmin avtobusun təhlükəli manevr etməsinə  VAZ - 21011 markalı avtomobillə avtoxuliqanlıq edən sürücü  səbəb olub. 
 
40 saylı marşrut xətti ilə hərəkət edən 10 TH 021 dövlət nömrə nişanlı avtobusun sürücüsü isə 55 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusu ötmək üçün qarşı yola çıxaraq sərnişinlərin həyatını təhlükəyə atıb. 
 
Bununla bağlı oxucumuzun redaksiyaya göndərdiyi videonu təqdim edirik:
 
RePost.Az
 

Baxış sayı: 2573 | Tarix: 25.01.2018
Bizi Telegramda izləyin: @repostaz