"Wolf of Wall Street" olaraq tanınan Cordan Belfort Patrik Bet-Devidə verdiyi müsahibədə Bitcoin-lə əlaqədar şübhələrini danışıb. 
 
RePost.Az banco.az-a istinadən bildirir ki, Belfort Bet-Devidə Bitcoin-in bir "aldanış" olduğuna və "maliyyə anarxistlərinin" yaradılmasına kömək etməsinə inanmadığını söyləyib. Həmçinin, kriptovalyutanın yaradılma üsulunun "manipulyasiya üçün mükəmməl fırtına" olduğunu düşünür.
 
 BTC-dəki qiymət artımının kriptovalyutanın düzgün istifadə edilməməsindən dolayı ortaya çıxan spekulyasiya səbəbndən yarandığına inanan Belfort bunları söyləyib:
 
"BTC valyuta vahidi olaraq istifadə edilmək üçün hazırlanıb və investisiya aləti kimi istifadə olunur. Bir valyuta növü olaraq Bitcoin artıq 20 min və ya 100 dollar üçün faydalı deyil".
 
Belfortun sözlərinə görə, Karlson Vi bütün Bitcoin-lərini satıb. Daha sonra Bitcoin Cash alıb. Bitcoin-in öldüyünə və Bitcoin Cash-in gələcəyin kriptovalyutası olduğuna, qiymətinin daha da artacağına dair açıqlama verib.
 
CT Karlson Vinin Bitcoin-lərini məhz Bitcoin Cash almaq üçün satdığını təsdiqləməyib. "CNBC"-yə Ethereum haqqında açıqlama verməsindən sonra bəzi "Reddit" istifadəçiləri Karlson Vinin bütün sərvətini "Ethereum"-a qoyduğu haqda yanlış fikirlər səsləndirmişdi.
 
Belfort Bitcoin-in "quzu dərisinə bürünmüş canavar" olduğunu bildirərkən, qiymətinin sıfıra düşməmişdən əvvəl 50 min dollara yüksələ biləcəyini söyləyib.
 
2017-ci ilin sentyabr ayında Belfort kibercinayətkarların rəqəmsal pullara olan münasibətindən dolayı Bitcoin-in problemlərinin olduğunu bildirmişdi. Oktyabr ayında ICO-ların indiyədək yaşanan "ən böyük fırıldaqçılıq" olduğunu diqqətə çatdırdı.
 
Belfort Bet-Devidə kriptovalyutalar üçün bir qəpik belə ödəmədiyini də vurğulayıb.
 
RePost.Az

Baxış sayı: 3067 | Tarix: 06.02.2018
Bizi Telegramda izləyin: @repostaz