Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.
 
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.
 
Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.
 
T.Yaqublu sayta  açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.
 
RePost.Az

Baxış sayı: 2953 | Tarix: 14.02.2018
Bizi Telegramda izləyin: @repostaz