"Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb".
 
Bunu RePost.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev söyləyib.
 
Onun sözlərinə görə, elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub: 
 
"Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər", - deyə M.Ağayev əlavə edib.
 
RePost.Az

Baxış sayı: 2782 | Tarix: 21.02.2018
Bizi Telegramda izləyin: @repostaz