Samsunda 85 yaşlı Kazım Üstündağı evlənmə vədiylə aldatmağa çalışan 61 yaşlı Rəbiyə D., jandarmanın diqqəti sayəsində, mənimsədiyi qızıllarla qaçarkən tutuldu.
 
Tək yaşayan Kazım Üstündağın evlənmək istədiyini  öyrənən Azərbaycan vətəndaşlığı olan tibb bacısı Rəbiyə D., Kahramanmaraşdan Samsuna gələrək yaşlı adamın evinə gedib, həyat yoldaşından boşandığını və onunla evlənmək istədiyini söyləyib. Kazım Üstündağı razı saldıqdan sonra evə yerləşib. Bu zaman Tekkeköy qəsəbəsi Böyüklü Jandarma Polis bölməsi qrupları yaşlı adamın yanına evlənmək üçün Rəbiyə D.ın gəldiyini öyrənib, fırıldaqçı ola biləcəyi ehtimalı üzərinə evi zaman - zaman nəzarət etməyə başladı.
 
Evlilik xəyalı quran Kazım, dünən  bir zərgərə gedib 2 ədəd qızıl bilərzik, 2 ədəd qızıl üzük, 1 qızıl sırğa alıb. O, qızıllarla bərabər 500 lirə pulu şübhəliyə verdikdən sonra nigah masasına oturmaq istədiyini söyləyib. Rəbiyə D., isə sənədlərini Malatyada itirdiyini, gedib oradan yenidən çıxartması lazım olduğunu bildirib. Bundan sonra Üstündağ, qızılları saxlamasını istəyib. Şübhəli qadın da qızılları buraxdığını söyləyib, evdən ayrılıb Tekkeköy avtobus dayanacağına gedib. Bu zaman evi nəzarət etməyə gələn jandarma qrupları evdə qadını tapa bilməyib.
 
Üstündağ, jandarma qruplarına qadının şəxsiyyət vəsiqəsi çıxartmaq üçün Malatyaya gedəcəyini və qızılları evə qoyduğunu  söyləyib. Lakin evdən qızıllar çıxmayıb. Polis avtobus dayanacağına gedib Rəbiyə D.ı avtobusda tutub, nəzarətə alıb. Çantasında qızıllarla pul ələ keçirilib. Jandarmanın istintaq zamanı Rəbiyə D.ın evli olduğu, evlənmək məqsədiylə üç ayrı-ayrı fırıldaqçılıq əməli ilə məhkumluğu olduğu ortaya çıxıb.
 
Jandarmadakı əməliyyatları tamamlanan Rəbiyə D. bu gün ədliyyəyə sövq edilib.
 
RePost.Az

Baxış sayı: 2535 | Tarix: 27.12.2016
Bizi Telegramda izləyin: @repostaz