Türkiyə-Rusiya münasibətləri strateji müttəfiqliyə doğru irəliləyir. Rəsmi Ankara öz ənənəvi müttəfiqlərinin Türkiyəni parçalamaq planlarından əl çəkmədiklərini anladığı andan yeni siyasi kursa yönəlib. Türkiyə NATO-dakı müttəfiqlərinin rəqibi olan dövlətlərlə münasibətlərinə yenidən baxır, yeni keyfiyyətə yönəldir. 
 
Doğru siyasətdir, artıq kifayət qədər ciddi təsirləri də var. NATO-da narahatdırlar. Bu hərb-siyasi alyans öz tərkibinə daxil olan 2-ci ən güclü ordunu - Türkiyə ordusunu itirmək üzrədir. Türkiyə NATO tarixində ilk dəfə olaraq, bu quruma üzv olmayan, üstəlik, hətta düşmən olan bir dövlətdən silah almaq qərarı verib. Rusiya Türkiyəyə satacağı S-400 raketlərini nəzərdə tutulduğu vaxtdan xeyli əvvəl - 2019-cu ilin iyul ayında göndərməyə razılaşıb. 
 
Önəmli razılaşmadır. Ağ Evdə Türkiyə-Rusiya münasibətlərinin belə intensiv inkişafı çaşqınlıqla qarşılanmaqdadır. Hər halda, verilən reaksilardan bu açıq-aşkar müşahidə edilir. Hələ bu sıraya Rusiyanın Türkiyə AES tikməyə başlamasını da əlavə etmək olar. Bu proses belə uğurla inkişaf etməkdə davam edərsə, Türkiyənin yaxın gələcəkdə hətta yeni nüvə dövlətinə çevrilə biləcəyi də qətiyyən istisna deyil.
Nəhayət, Türkiyə-Rusiya münasibətlərinin belə intensiv inkişafı (Çinin də böyük sürətlə gücləndiyi bir dövrdə), dünyanı "demokratiya nağılları" ilə uyutub, hökmranlıq edən ABŞ-ın beynəlxalq hegemoniyasını da aradan qaldıra bilər.
 
Elçin Xalidbəyli
RePost.Az

Baxış sayı: 2915 | Tarix: 04.04.2018
Bizi Telegramda izləyin: @repostaz