Bu həftə gerçəkləşən "Love and Sex with Robots" konfransında texnoloq Emma Yann Zhang bir müddət bundan əvvəl təqdim etdiyi "Kissenger" adlı cihazını nümayiş etdirib.
 
Axşam.az-a bildirir ki, bu cihaz vasitəsilə siz istənilən şəxsi uzaq məsəfədən öpə biləcəksiniz.
 
Cihaz belə işləyir: biri "kissenger"in dodaqlarını öpür, toxunma sensorları hərəkəti qarşı tərəfə ötürür. Öpən şəxsin dodaq hərəkətlərinə görə "kissenger" də hərəkət edir. 
 
Selikonlardan hazırlanan "kissenger", hətta, öpüşmə səsləri də çıxarır. Bu cihaz ağıllı telefonlarda daha gözəl işləyir. 
 
"Kissenger"in nə vaxt bazara çıxarılacağı hələ məlum deyil.
 
RePost.Az

Baxış sayı: 3067 | Tarix: 28.12.2016
Bizi Telegramda izləyin: @repostaz