Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
 
“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı RePost.Az-a açıqlamasında bildirib ki, bununla əlaqədar Şirvan, Salyan, Hacıqabul, Qaradağ rayonlarına, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq (28 may tarixində gün ərzində).
 
RePost.Az

Baxış sayı: 6973