Buraxılış imtahanlarının vaxtı məlum olub.
 
DİM-dən RePost.Az-a verilən məlumata görə, ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının II mərhələsi və tam orta təhsil bazasında (11-ci sinif) buraxılış imtahanları əvvəlcədən elan olunduğu kimi 2018‑ ci il 21, 27 iyun və 3 iyul tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.
 
Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər. 
 
Heydər Əliyev adına Hərbi Lisey və  C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan iyunun 21‑də, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün iyulun 3-də keçiriləcək.
 
RePost.Az

Baxış sayı: 2801 | Tarix: 30.05.2018
Bizi Telegramda izləyin: @repostaz