Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən "Lexus RX200T" markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib.
 
Dövlət Gömrük Komitəsindən RePost.Az-a verilən xəbərə görə, yoxlama zamanı 2017-ci ildə istehsal olunan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin İnterpol bazasında beynəlxalq axtarışda olan avtomobilə aid olduğu müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2402 | Tarix: 30.05.2018
Bizi Telegramda izləyin: @repostaz