Ötən gün Şamaxı rayonunda bıçaqlandığı barədə məlumat yayılan şəxsin güllələndiyi məlum olub.
 
RePost.Az-ın məlumatına görə, rayon sakini, 1978-ci il təvəllüdlü Elxan Əlibaba oğlu Qədimov odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.
 
Şamaxı rayon prokurorluğundan APA-ya bildirilib ki, həmin faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda hadisənin baş vermə səbəbləri, eləcə də cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Atışmada işçtirak edən şəxslərin kriminal aləmin nümayəındələri olduğu bildirilir.
 
RePost.Az

Baxış sayı: 2174 | Tarix: 07.06.2018
Bizi Telegramda izləyin: @repostaz