Bakıda 3 mərkəzi ərazidə hərəkət məhdudlaşdırılacaq
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən RePost.Az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
 
Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
 
RePost.Az

Baxış sayı: 2364 | Tarix: 11.06.2018
Bizi Telegramda izləyin: @repostaz