Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü daxil olub. 
 
Görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Məlum olub ki, hər gün uşaqlara dözülməz zülm yaşadırlar. 
 
RePost.Az azxebercom-a istinadən xəbır verir ki, həmin bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur. 
 
Həmin bağçanın adını bilsək də, hazırda dəqiqləşdirilmələr aparıldığı üçün, hələ ki, bu barədə informasiya vermirik. Bununla bağlı tərəfimizdən araşdırma aparılır və yaxın saatlarda həmin özəl bağçanın adını ictimaiyyətə açıqlayacağıq. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.
 
Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim icazə verib?!
 
“Sadəcə, silkələyib. Görüntü sürətli kadrla verildiyi üçün müəllimin uşağa qarşı rəftarı daha da aqressiv görünür. Həmin müəllim artıq işdən çıxarılıb”, - deyə “Kids Studio”dan videogörüntü ilə bağlı bildirilib, 
 
Məlumata görə, həmin görüntüləri bağçadan oğurluq etdiyi üçün işdən çıxarılan resepşndakı qız qəsdən yayıb. 
 
RePost.Az


Baxış sayı: 2687 | Tarix: 11.06.2018
Bizi Telegramda izləyin: @repostaz