İyulun 27-də “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti də tamaşaçılar üçün əsl musiqi bayramına çevrildi.
 
RePost.Az xəbər verir ki, “Jara”nın ikinci günündə Rusiyanın Xalq Artisti Valeriyanın, Rusiyanın Əməkdar Artisti Leonid Aqutinin, müğənni və bəstəkar Vladimir Presnyakovun yaradıcılıq gecələri keçirilib.
 
"Jara"da iştirak edən azərbaycanlı ifaçılar: Sevda Ələkbərzadə, Samir Bağırovun da çıxışları tamaşaçılara xoş anlar yaşadıb. 
 
Gecədə Guzel Xasanova, Anjelika Varum, Nikolay Baskov, Jasmin, Leonid Aqutin, Lyubov Uspenska, Valeriya, Kristina Orbakayte, Ani Lorak, Qlükoza, Nikolay Baskov, Sofiya, Aleksey Çumakov, Yuliya Kovalçuk, Stas Pyexa, İrina Dubtsova, EMIN, Keti Topuriya, The Jigits, A`Studio Yuliana Karaulova, Natali, Slava, Vladimir Presnyakov kimi ulduzların ifaları və digər çıxışlar alqışlarla qarşılanıb.
 
RePost.Az

Baxış sayı: 3998 | Tarix: 28.07.2018
Bizi Telegramda izləyin: @repostaz