Sosial şəbəkələrdə dəhşətli görüntüləri əks etdirən video yayılıb.
 
RePost.Az xəbər verir ki, videoda gənc bir qadının diri-diri yandığı əks olunub.
 
Hadisənin Gəncə şəhərində mağazaların birində baş verdiyi deyilir. Belə ki, kişi qadına yaxınlaşaraq, onun üzərinə mənşəyi bilinməyən maddə töküb.
 
Videodan da aydın görünür ki, oğlan qadını alışqan vasitəsilə yandırıb və qaçıb.
 
Gəncə şəhər prokurorunun böyük köməkçisi Haqverdi Mehrabovun verdiyi açıqlamaya əsasən, bu görüntülər Gəncəyə heç bir aidiyyatı yoxdur.
 
Bu barədə artıq Daxili İşlər Nazirliyi də məlumat yayıb və bildirib ki, görüntülər nə Gəncədə, nə də Azərbaycanda lentə alınıb.
 
RePost.Az


Baxış sayı: 2858 | Tarix: 02.08.2018
Bizi Telegramda izləyin: @repostaz