"WhatsApp" öz istifadəçilərini sevindirməyə hazırlaşır. 
 
RePost.az-ın  axşam.az-a istinadən məlumatına görə, yaxınlarda mobil proqramın yeni xidməti təqdim ediləcək. Bu yenilik ismarışların səhvən başqasına göndərilməsi problemi ilə bağlıdır. 
 
Yəni, bundan sonra proqrama gələn əlavənin yenilənməsi ilə siz səhvən göndərdiyiniz ismarışları düzəldərək təkrar göndərə biləcəksiniz.
 
Ancaq bu yenilik ilk olaraq "iOS" əməliyyat sistemli, yəni "Apple" şirkətinə aid qurğulara, daha sonra "Android" platformasına da tətbiq ediləcək. 
 
Hələlik "iOS" istifadəçilərinin faydalanacağı bu yeniliklə proqram vasitəsilə istənilmədən və ya səhvən başqasına atılan ismarışlar ləğv edilə biləcək. Bunun üçün isə göndərdiyiniz ismarışın üzərinə basıb "ləğv et" qərarı vermək lazımdır.
 
Yaxın zamanda proqrama əlavə ediləcək bu xüsusiyyət yalnız yazılara deyil, göndərilən videolara da şamil ediləcək. "WhatsApp" yaradıcıları bu əlavənin hələ test mərhələsində olduğunu nəzərə alaraq rəsmi bir açıqlama verməyib.
 
RePost.az
 

Baxış sayı: 3086 | Tarix: 07.01.2017
Bizi Telegramda izləyin: @repostaz